Newscenter.az.6.04.2020. Cari ilin I rübündə Energetika Nazirliyində inzibati xətalara dair 112 işə baxılıb. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, bunlardan 104 iş təbii qaz, 8 iş isə elektrik enerjisi ilə bağlı olub. Təbii qaz üzrə 75 iş barəsində təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
Bakı şəhəri, Göyçay, Lənkəran, Kürdəmir, Balakən, Şəki və İsmayıllı rayonlarında aparılmış yoxlamalara əsasən, Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 5 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 6 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, elektrik qurğularında texniki istismar qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilib. 18 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib. Bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.
Ölkə üzrə tətbiq edilimiş xüsusi karantin rejimi müddətində nazirlik əməkdaşlarının digər şəxslərlə ünsiyyətdə və təmasda olmalarının qarşısının alınması məqsədilə 6 iş üzrə icraat prosesinin həyata keçirilməsi dayandırılıb.
Zaur