Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva qanvermə aksiyasına başlayır



Newscenter.az.8.04.2020. “İnsanların karantin dövründə hərəkətlərində olan məhdudiyyətləri və sağlamlıqlarının təhlükəsizliyini nəzərə alaraq Qan bankına könüllü olaraq qan vermək istəyində olan müraciətlərin sayı nəzərə çarpacaq şəkildə azalıb. Ölkəmizdə talassemiya və hemofiliyalı xəstələrə dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərilir və bu çətin dövr ərzində Heydər Əliyev Fondunun humanist çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək vermək, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə “1 DONAR 2 HƏYAT” adlı qan vermə aksiyasına start veririk”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, karantin dövrü ərzində donorların Milli Hematologiya və Transfuziologiya Mərkəzinə təhlükəsiz şəkildə çatdırılmasını - hər donoru evindən götürüb geri qaytaracaq nəqliyyatla təmin edəcəyik:

“Vətəndaşların qana ehtiyacı olan uşaqlara yardım etmək məqsədilə bu humanist aksiyada könüllü şəkildə iştirak edib həmrəylik və birlik nümayiş etdirməklərini xahiş edirəm. Biganə olmayaq. Könüllü olaraq aksiyada iştirak etmək istəyən vətəndaşlar “Deputat Qərargahında” yaradılmış İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər (İş: 012 422 22 41, mob: 055 276 23 75). Biz birlikdə güclüyük!”.

Mehman
Xəbəri paylaş