Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə karantin rejiminə baxmayaraq ictimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır



Newscenter.az.8.04.2020. “Koronavirus epidemiyası hər gün Avropda və Amerikada minlərlə insan itkisinə səbəb olur. Epidemiya dünya iqtisadiyyatını və siyasi nizamı ciddi dəyişdirəcək”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, mövcud vəziyyət qlobal müstəvidə dövlətlərin bu virusa hazır olmadığını göstərdi:

“Təssüf ki, ölkəmizdə karantin rejiminə baxmayaraq ictimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır. Əsasən bu səhər tezden və axşam saatlarında baş verir. Belə gedərsə epidemiyanın yayılması riskləri ilə üz-üzə qala bilərik”. Partiya rəsmisi deyib ki, Bakı Şəhər Dövlət Yol Polisi belə marşutları cərimələməli və sürücülər həbs edilməlidir.

Mehman
Xəbəri paylaş