Newscenter.az.8.04.2020. 2020-ci il üçün hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir.
Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlığı yoxlanılır, gündüz və gecə vaxtı hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları icra olunur.
Bundan əlavə, şəxsi heyət döyüş maşınlarının idarə olunması üzrə praktiki təlim tapşırıqlarını icra edir.