Newscenter.az.15.04.2020. "Həssas təbəqənin qorunması - hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər”.
Newscenter.az-ın xəbərinə görə, millət vəkili Sadiq Qurbanov bildirib ki, bu dövlət başçısının bir çağrışıdır, imkanı çatan, dövlətini, millətini, insanı sevən hər kəs bu çağrışa əməli işlə cavab verməlidir:
“Dövlət başçımızın da dediyi kimi Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Cənab prezidentimizin bu çağrışına qoşularaq iş adamları ilə birlikdə Siyəzən və Şabran rayonunda olan 65 yaşdan yuxarı bütün tənha ahıl vətəndaşlarımıza, 4 və daha çox uşaqları olan aztəminatlı ailələrə və hər iki valideyinini itirmiş uşaqlara dəstək olduq”.
Mehman