Newscenter.az.10.05.2020. Gənclər və İdman Nazirliyi "Heydər Əliyev: XXI əsri görən siyasətçi" gənclərin onlayn aksiyasını təşkil edir. Ulu öndərin Azərbaycan Gənclərinin I və II Forumlarında gənclər barədə fikirlərinin video yazısının, onun gənclərlə görüşləri zamanı çəkilmiş nadir şəkillərin ilk dəfə olaraq kütləvi şəkildə gənclər tərəfindən paylaşılması nəzərdə tutulub.
Newscenter.az-a nazirlikdən bildirilib ki, aksiya çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu günümüzü, müasir problemləri görərək dediyi fikirlər, düşüncələr, kəlamlar, eyni zamanda, Heydər Əliyevlə bağlı hazırlanmış filimlər gənclər tərəfindən sosial şəbəkələrdə işıqlandırılacaqdır. Bundan başqa Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin və Bakı Media Mərkəzinin hazırladıqları musiqi, film bə videolar aksiyanın tərkib hissəsinə daxil edilib.
Aşağıdakı müəyyən olunmuş addımları izləməklə bu hər bir gənc aksiyada iştirak edə bilər:
1. “Facebook” sosial şəbəkəsində öz örtük şəklinizi dəyişin. Örtük şəklinizi aşağıdakı link vasitəsilə yükləyə və dəyişə bilərsiniz.
Link: https://bit.ly/2SLbtG6
2. “Facebook” sosial şəbəkəsində profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə edin. Çərçivəni aşağıdakı link vasitəsilə yükləyə və dəyişə bilərsiniz.
Link: https://bit.ly/3ft5nUk
3. Facebook, Twitter, İnstagram və digər sosoial şəbəkə profillərinizdə #HeydərƏliyev, #HeydərƏliyev97, #MysGovAz və #GənclərvəİdmanNazirliyi həştəqlərindən istifadə edərək məlumatlar paylaşın.
• paylaşımlar edərkən sosial şəbəkə hesabınızın “açıq” (public) olduğundan əmin olun.
• Heydər Əliyevin fikirləri və gələcəyə baxışları foto, video və tvit formatda ümumi bir bazada toplanmışdır.
Şəkillər üçün link: https://bit.ly/2WdLtVZ
Filim və videolar üçün link: https://bit.ly/2WzjkYl
Tvit baza üçün link: https://bit.ly/2yru82J
4. Elektron poçt ünvanınızın imza yerində aksiyanın imzasını yerləşdirin. İmzanın yerləşdirilməsi haqqında təlimat: https://bit.ly/2YHaQB2
Əlavə ediləcək imzanın linki: https://bit.ly/3bfqG8H