Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Altay: "Sənə dövlət bu qədər vəzifə, səlahiyyət, verib, daha nə istəyirsən?



Newscenter.az.16.05.2020. Bəzən elə qəribəliklər olur ki, söz deyib də fikir bildirməmək, bunu ictimailəşdirməmək olmur.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini Sahil Mühafizəsisinin rəisi general-leytenant Əfqan Nağıyev Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq tərəfindən saxlanılıb. Rəsmi məlumata görə vəzifə cinayətləri korrupsiyaya ilə bağlı. Bu kimi həbslər artıq intensivləşir.

Fikir verək. Dünyanın əksəriyyət dövlətləri bu qlobal böhran dövrü iki problemlə: koronavirus pandemiyası və onun yaratdığı iqtisadi krizislə məşğuldur. Bizim Azərbaycan xalqı, dövlətinin bəxtinə isə müharibə şəraitində koronavirus və iqtisadi böhran bir tərəf, üstəlik, məlum məmur problemi düşüb. Bilmirsən hansını həll edəsən.

Dövlət, xalq bu dar çətin günlərdə vəzifə borcu kimi məmurdan hərəkət, fəaliyyət gözləməlidir, ancaq dövlətin və cəmiyyətin diqqəti məmurun pozuntularına, həbsinə yönəlir. Bu yerdəki, bəzi vacib məqama toxunum. Məmurların doğrudur ki, əksəriyyəti korrupsiya rüşvətə qurşanıbdı və bu əsasda da, haqlı və qanuni də həbs edilirlər.

Ancaq, müstəqil müşahidələr bunu göstərir ki, korrupsioner məmurların da içində ilk növbədə həm də dövlətə qarşı əks, vətənə qarşı xəyanət mövqeində olanların zərərsizləşdirilməsi gedir. O məmurlar ki, hansısa klanın, ya piramidanın, ya da ki, xarici qüvvələrinmi təsirində (yumşaq desək) olub, başını itirib də öz mənsub olduğu dövlətin siyasətinin, vətənin marağının əksinə, ziyanlı, pozucu, bəlkə də təxribat mövqei tutub.

Bu qeyd edilən hal varsa rəsmi açıqlamnmaya bilər, bu mümkündü dövlətin daxili siyasətində. Ancaq, müstəqil və şəxsi müşahidə, analizdən belə doğur və belə bir həqiqət heç də, yox kimi görünmür. Demək, bu saat dövlətin yükü nəinki koronavirusa və insan sağlamlığı təhlükəsizliyi, nəinki iqtisadi böhranın aradan qaldırılması və nəinki məmur korrupsiyası, üstəlik də hələ bəzi məmurların dövlətə və vətənə əks-mövqeyinin zərərsizləşdirilmə problemi, çətinliyinə yönəlir.

Buradan da sual yaranır. Sənə dövlət bu qədər vəzifə, səlahiyyət, maddi imkanlar, rütbə, orden medallar verib, şərait yaradıb, nə istiyirsən? Bu bəs etmirmi, dövlətə, vətənə vicdan, sədaqətlə qulluq üçün? Bəs etmirsə və fikrin yayınıqdırsa o vəzifə, imtiyazlar, orden-medalları niyə qəbul edirsən? Qəbul edirsənsə bu nədir? Bu yediyin qaba tüpürmək demək deyilmi? Əgər ki, sən o qaba tüpürəcəksənsə, o qabdan, nədən yemək yeyirsən, əvvəlcədən mərdi-mərdanə o qabı da içindəki yeməyi də təhvil ver, de ki, mənlik deyil bu və çıx, səmimi aralan get. Bax, bu qəribədir!

İlqar Altay

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş