Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz xəttini bərpa edən “Azəriqaz” əməkdaşlarına mane olublar



Newscenter.az.22.05.2020. Bu gün günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar.

Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.
“Azəriqaz” bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır. Belə hallar aşkarlandıqca ləğv olunacaq və müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək.

Zaur
Xəbəri paylaş