Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə metro nəqliyyatı iflic oldu

Türkiyədə metro nəqliyyatı iflic oldu


Türkiyənin paytaxtı Ankarada metro nəqliyyatının fəaliyyəti iflic olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Ankaraya güclü yağışın yağması və metro stansiyalarında yaranan problemlərdir.

Məlumata görə, dünən axşam saatlarında başlayan güclü leysan səbəbindən metro xəttinin Yenimahalle-Atatürk Mədəniyyət Mərkəzi stansiyaları arasındakı hissəsi xidmətdən çıxıb. Şəhər sakinləri digər ictimai nəqliyyat növlərindən istifadəyə üstünlük verib. Bu zaman isə avtobuslarda sıxlıq yaranıb.

Ankara Metrosunun Akköprü Stansiyasını isə leysan yağışlar səbəbindən su basıb.

Anar Əliyev
Xəbəri paylaş