Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs olunub



Newscenter.az.29.07.2020. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan Şirvan şəhər sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş