Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanadada ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var



Newscenter.az.2.08.2020. Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

“Report”un yerli bürosu xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.

Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.

Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır.
Xəbəri paylaş