Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Elmira Axundova diaspor sədri ilə görüşdü



Newscenter.az.25.08.2020. Avqustun 25-də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Azərbaycan Respublikasının Ukraynada fövqaladə və səlahiyyətli səfiri Elmira Axundova ilə səfirlikdə görüşüb.

Newscenter.az diaspor sədrinə istinadən xəbər verir ki, görüş zamanı diaspor təşkilatı ilə səfirliyimiz arasında qurulacaq əlaqələr və əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb.

"Elmira xanım Axundova diplomatik korpusumuzun Ukraynada fəaliyyət göstərən diasporumuza hər cür dəstək verəcəyini qeyd edərək, birgə layihələrin Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Öz növbəmdə mən də səfirliyimizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu və dövlət maraqlarımızdan irəli gələn birgə layihələrdə fəal iştirak edəcəyimizi bildirdim".

Mehman
Xəbəri paylaş