Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra başçısı balıq ovu ilə məşğul olan fiziki şəxslərlə görüşüb-FOTOLAR



Newscenter.az.3.09.2020. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun iştirakı ilə, COVİD-19 pandemiyası səbəbindən Neftçala rayonunun Xəzər dənizi (gölündə) hövzəsində və daxili su hövzələrində balıq ovu ilə məşğul olan məhdud sayda fiziki şəxslərlə görüş keçirilib.

Rayon İcra Hakimiyyətindən Newscenter.az-a bildirlib ki, görüş iştirakçılarının nəzərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən 2020-ci ilin 01 sentyabr tarixindən Xəzər dənizində (gölündə) və daxili su hövzələrində və sərhədyanı daxili sularda balıq ovlanması ilə bağlı maarifləndirmə məlumatları çatdırılıb.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət sektorunun su hövzələrində bioloji resurslara nəzarət qrupunun, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin məsul şəxsləri və balıq ovu ilə fəaliyyəti məşğul olan şəxslər iştirak edib. Görüşdə əsas məqsəd Xəzər dənizi hövzəsində balıq ovu ilə məşğul olan fiziki şəxslərin maarifləndirilməsi və bu istiqamətdə təbliğat işinin aparılması olub.

Mirhəsən Seyidov görüşdə bildirib ki, balıq ovu ilə məşğul olan fiziki şəxslər mövcud qanunvericiliyin tələblərinə əməl etməli və balıq ovu ilə məşğul olmaq üçün aidiyyəti qurumlardan tələb olunan sənədlərin və kvotaların vaxtında “ASAN xidmət” mərkəzlərindən alınmasını tövsiyə edib. Sənayə ovu başlanması və sənaye balıq ovuna balıqovlama biletləri (kvotalar) əsasında aparılması qaydasına uyğun zamanında qanunamüvafiq addımların atılması və görüş iştirakçılarının digər balıq ovu ilə məşğul olan şəxslərin də bu sahədə məlumatlandırıması tapşırılıb.

Həmçinin görüşdə bu ilin may ayında Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində baş vermiş silahlı insident haqqında danışılıb və balıq ovu zamanı ölkə sərhədlərini pozmamaq tövsiyyə olunub. Görüşdə həmçinin bildirib ki, son zamanlar baş verən hadisələr fonunda balıqçılar qanunun bütün tələblərinə cavab verməklə digər bütün qeyri qanuni fəaliyyətdən kənar durmalıdırlar.

Görüşün mövzusu ətrafında 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət sektorunun su hövzələrində bioloji resurslara nəzarət qrupunun və Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin məsul şəxsləri tərəfindən Xəzər dənizi hövzəsində balıq ovu ilə məşğul olan fiziki şəxsləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Anar
Xəbəri paylaş