Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əminə Ağazadə seçiciləri ilə çoxsaylı görüşlər keçirib-FOTOLAR



Newscenter.az.6.09.2020. 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əminə Ağazadə seçiciləri ilə bir sıra görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, deputatın ilk görüşü rayonun Bağman kənd sakinləri ilə olub. Kənd sakinləri ilə açıq hava şəraitində keçirilən görüşdə kənd camaatının problemləri dinlənilib, şikayət və ərizələr qəbul edilərək qeydiyyata alınıb:

"Bu il yüksək bal toplayan şagirdlərlə görüşərək onları təbrik etdim, gələcək təhsillərində uğurlar arzuladım. Kənddə quraşdırılmış modul tipli məktəblə tanış olaraq belə qurğuların istifadəsində yaranan problemlər haqqında məlumat aldım. Təhsil şöbəsinin rəhbərliyi ilə görüşümüzdə bəzi məsələləri müzakirə etməyi qərarlaşdırdım".


x x x

Deputat həmçinin Böyük Kəngərli kənd sakinləri ilə də görüşüb.

Əminə Ağazadə bildirib ki, Böyük Kəngərli Kənd əhalisinin ən böyük problemi telefon-internet vasitələrinin olmaması, kənd əhalisinin enerjidən istifadədə yaranan çətinliklərdir:

"Bədbəxt hadisə nəticəsində evi yanmış kənd sakininin həyətində olduq, yaşayış şəraitini gördük. Çalışacağıq ki, qış mövsümünə qədər onlara lazımi yardım göstərilsin. Eyni zamanda, şəhid ailəsi üçün inşa edilən evin tikintisi ilə maraqlandım. Şəhidin ailəsi ilə söhbətimizdə onların arzu və istəklərini dinlədim".


x x x

Əminə Ağazadənin növbəti görüşü Şahbəyli və Bala Kəngərli kəndlərinin seçiciləri ilə keçirilib.

"Kənd əhalisinin problemləri dinlənildi. Kəndin elektrik, telefon xəttlərində olan problemlərlə əlaqədar müraciətlərə baxıldı. Qeyd edim ki, kəndin məktəb binasının vəziyyəti ilə tanış oldum, qeydlər apardım. Müvafiq orqanlar qarşısında qaldıracağım məsələlərdən biri də kənd məktəbinin vəziyyəti olacaqdır".


x x x

Deputat Əminə Ağazadənin növbəti görüş rayonun ən ucqar kəndlərindən olan Qarasaqqal kəndində olub. Deputat bildirib ki, axşam saatlarına baxmayaraq görüşə kifayət qədər seçici gəlib və onların böyük əksəriyyəti ilə fikir mübadiləsi aparmaq imkanı yaranıb:

"Kəndin ən böyük problemi yolsuzluq, örüş yerlərindən istifadə edilməsində rast gəlinən uyğunsuzluqlar, suvarma xəttlərinin normal qaydada qidalanmamasıdır. Əlavə olaraq, kəndin telefon-internet əlaqəsinin olmaması dəfələrlə qeyd edildi. Bununla əlaqədar dövlət qurumlarına müraciət hazırlanacaqdır. Əlavə olaraq qeyd edim ki, Qarasaqqal kəndinin yol probleminin həll edilməsi üçün artıq müvafiq dövlət orqanlarina məktub göndərilib".

Anar


Xəbəri paylaş