Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: "Paşinyanın vətəndaş diplomatiyasının qurulması haqda danışıqları cəfəngiyyatdan başqa bir şey deyil"



Newscenter.az.6.09.2020. "Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan işğal olunmuş ərazilərimizdəki qanunsuz hərbi düşərgələrdən birində hərbi təlimlərdə iştirak edərək erməni qadınlarında da döyüş ruhunu yüksəltməyə, onları bu savaşa hazırlamağa çalışır və bununla da sülh prosesinə zərbə vurur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Deputatın sözlərinə görə, onun hərbi kamuflyajda əlində avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən şəkilləri nəinki bizdə, hətta Ermənistan ictimaiyyətində də birmənalı qarşılanmayıb və hakimiyyətin ikiüzlülüyünü ortaya qoyub:

"Çünki, Paşinyan hakimiyyətə yiyələndiyi zaman Anna ilə birgə daha çox sülh tərəfdarı olduğunu bildirirdi. Maraqlısı odur ki, bir müddət əvvəl Akopyan hətta “Qadınlar sülh naminə” kampaniyası başladaraq Azərbaycanın birinci xanımı ilə danışıqlarda da israr edirdi. Ancaq hazırkı durum və iyul müharibəsi onu göstərir ki, Paşinyanın vətəndaş diplomatiyasının qurulması və düşmən xalqların barışdırılması haqda danışıqları cəfəngiyyatdan başqa bir şey deyil və öz hakimiyyətini qorumaq üçün əl atdığı çirkin oyunlardan biridir".

Anar
Xəbəri paylaş