Newscenter.az.6.09.2020. Pandemiya dövründə mehmanxanaların ictimai iaşə sahəsinin fəaliyyəti ilə bağlı tələblər açıqlanıb.
Newscenter.az-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olan məlumata görə, belə obyektlərin girişində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları barədə lövhə yerləşdirilməlidir.
Bundan başqa xüsusi döşəmə işarələri ilə nişanlanmaqla 2 metrlik fiziki məsafə qaydası tətbiq edilməli, eni 0,7 metrdən az olan masaların ətrafında qonaqlar qarşı-qarşıya, lakin çarpaz qaydada əyləşməlidir.
Yan-yana əyləşdikdə eni azı 1 metr olan bar masalarında oturacaqlar 1 metr məsafə ilə yerləşdirilməli, sıxlığın yaranmaması üçün əvvəlcədən rezervasiyalar təşviq olunmalıdır.
Orxan