Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt Şəhər İcra Hakimiyyəti bayraq qalmaqalına aydınlıq gətirdi-VİDEO

Sumqayıt Şəhər İcra Hakimiyyəti bayraq qalmaqalına aydınlıq gətirdi-VİDEO


Newscenter.az.6.09.2020. Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Şəhər icra hakimiyyətinin rəsmisi Eyvaz Qocayev səsləndirib. O, iddia edib ki, Şəhər İcra Hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib:

"Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib. Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir".

Bu hərəkətin bir adı var Cənab Prezidentə və onun siyasi kursuna xəyanət !!! Hadisə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda baş verib. Əraziyə gələn İcra hakimiyyətinin işçiləri Azərbaycan bayrağı qədər bizə əziz olan, şərəfimizi tərənnüm edən Türkiyə bayrağını endirməyə cəhd ediblər. Sumqayıt şəhər İcra Hakimiyyəti nə etdiyini bilirmi? Bu nə əxlaqsızlıqdır? Bu nə təxribatdır? Türkiyə-Azərbaycan dostluğu qardaşlığı Zakir Fərəcovu niyə bu qədər narahat edir? Sumqayıtdan seçilən deputatlar səsiniz gəlsin...

Gepostet von Togrul Allahverdili am Sonntag, 6. September 2020
Xəbəri paylaş