Newscenter.az.13.09.2020. ABŞ-ın İndiana ştatında atışma olub.
Bu barədə ABC teleşirkəti yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Məlumata görə, hadisə Mişuoka şəhərində, ticarət mərkəzində baş verib. Atışma zamanı azı 1 nəfər həlak olub.
Qeyd edilir ki, hadisə ilə əlaqədar ticarət mərkəzinin bütün müştəriləri təxliyə edilib. Silahlı insident zamanı həlak olan şəxsin və hadisəni törədən cinayətkarın kimliyi açıqlanmır.