Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-nun əcnəbi tələbələrindən qələbə təbriki



Newscenter.az.10.11.2020. Azərbaycan Texniki Universitetinin (AzTU) əcnəbi tələbələri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması münasibətilə təbriklərini çatdırıb. Bildiriblər ki, Ermənistan yeni işğal planları quraraq sentyabrın 27-dən Azərbaycana qarşı hücuma keçdi. Azərbaycan ordusu işğal altında olan torpaqları azad etmək məqsədilə 44 gün ərzində Ermənistanın 30 ilə qurduğu silahlı qüvvələrini darmadağın etdi. Əcnəbi tələbələr onu da qeyd ediblər ki, Azərbaycan bütün dünyaya öz ordusunun gücünü nümayiş etdirdi.



Qanalı tələbə Banasom Prince:

“Mən AzTU-da təhsil alıram. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktlarını bilirdim. Lakin sentyabrın 27-də onların yenidən təxribat törədərək işğala cəhd göstərmələrini gördüm. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlar işğaldan azad olundu. Qələbə xəbərinə mən də çox sevindim. Qarabağ Azərbaycandır!”



Qambiyalı tələbə Ndenneh Chubu:

“Mən AzTU-da təhsil alıram. Tarixi faklar da göstərir ki, Qarabağ həmişə Azərbaycanın olub. Mən yerli və beynəlxalq mətbuatı izləyirəm. Sentyabrın 27-də Ermənistanın təxribat törətməsinin, dinc əhalini hədəf almasının şahidi oldum. BMT Təhlükəsizlik Şurasının qətnamələrində də Qarabağın Azərbaycana aid olunduğu vurğulanır. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Mən Allaha dua edirəm ki, burada həmişə sülh olsun. Azərbaycan xalqı çox mehribandır, gözəldir, qonaqpərvərdir. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”



Vyetnamlı tələbə Nguyen Van Cuong:

“Mən AzTU-da təhsil alıram. Azərbaycan çox gözəl ölkədir. Mən Azərbaycanın tarixini oxumuşam. Tarixi faktlar Qarabağın əzəli Azərbaycan torpağı olmasını sübut edir. Nə yaxşı ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Artıq dünya da bildi ki, sizin çox güclü ordunuz var. Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Qarabağ Azərbaycandır!”
Xəbəri paylaş