Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ehtiyatda olan zabit: "İlham Əliyevə Milli Qəhrəman adı verilsin"



Newscenter.az.10.11.2020. Ölkə vətəndaşlarından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə qələbə münasibətilə təbrik məktubları və müraciətlər göndərilməkdə davam edir. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup hərbi əlil, Dövlətə və Dövlətçiliyə sədaqətli xidmətinə görə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən təltiflənmiş Silahlı Qüvvələrin ehtiyatında olan zabiti Hünbətov Çingiz Firsənd oğlu tərəfindən ünvanlanan müraciətdə qeyd olunur ki, 500 ildən artıqdır ki, ermənilər havadarları tərəfindən bizə qarşı soyqırımı törədiblər. Ərazilərimizi havadarların köməkliyi ilə ələ keçirib həmin ərazilərdə qondarma ermənistan respublikasını yaradıblar. Planlı şəkildə respublikamız görkəmli ziyalılarını millətini xalqını canından artıq sevən ziyalılarımızı represiya altında SSRİ-nin o vaxtkı rəhbərlərinin və bizim daxili satqınlarımızın əli ilə güllələtdirib uzaq Sibrə sürgünə göndərmiş və orada güllələtdirmişlər: “Bu 500 ildə respublikanın rəhbərləri öz kreslosunu qorumağ üçün ya da ermənilərin havadarları olan SSRİ rəhbərliyinin qorxusundan onların verdiyi qərarlarla razılaşmışlar. Bu 500 ildə heç bir rəhbərliyin etmədiyi 1 qarış torpağ almayanların yükünü AR Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev etdi. İlham Əliyev həm daxili siyasətimizlə bağlı, həm xarici siyatəmizlə, həm koronavirusla, Qarabağın erməni separatçıları ilə, həm də dünya dövlətlərinin siyasi informasiya vasitələri ilə Azərbaycan həqiqətlərini çatdırmaq üçün mübarizə aparır. Prezident bu mübaizələrin hamısına qələbə çaldı. Prezident bu gün Azərbaycanın mədəniyyət beşiyi olan və qeyrət qalamız olan Şuşanı işğaldan və əsirlikdən azad etdi”.

Ç.Hümbətov həmçinin Milli Məclisin sədri Sahibə Qafarovaya xitabən qeyd edib ki, 500 ildə heç kimin etmədiyini AR Prezimti İlham Əliyev etdiyi üçün MM-in növbəti iclasında İlham Əliyevə Milli Qəhrəman adının və 1 nömrəli vəsiqəsinin verilməsi Qarabağımızı tam azad edəndən sonra qələbə paradı keçirilərkən ona təqdim edilsin: “Şuşanın mərkəzində İlham Əliyevin və Ərdoğanın heykəli qoyulsun. İşğaldan azad edilmiş Rayonlardan birinə və işğaldan azad ediımiş rayonların hər birinin bir kəndlərinə İlham Əliyevin və Ərdoğanın adı və Pakistanın kəndlərindən birinin adı verilsin. Şuşada və ya işğal edilmiş rayonlardan birində Azərbaycan Türkiyə Pakistan dostluq parkı salınsın”.
Xəbəri paylaş