Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər şey Azərbaycanın və xalqımızın lehinədir



Newscenter.az.10.11.2020. Hər bir insanımız haqlı olaraq ciddi narahatlıq keçirir, bu bəyanatın mahiyyətində və məzmununda onlara qalan qaranlıq məqamlarla bağlı. Ümumiyyətlə prosesin nəticələri ilə əlaqədar.

Bəzi mütəxəssislər tərəfindən insanlarımızın səmimi və təbii suallarının sərt cavablarla qarşılanmasını və ən yaxşı halda cavabsız qoyulmasını qınayıram. Bu bəyanatla bağlı hər bir detalın öyrənilməsi insanlarımızın doğal haqqıdır!

Ancaq insanlarımızın da diqqətinə çatdırım ki, hər şey Azərbaycanın və xalqımızın lehinədir. Əslində reallıqda ermənilər üçün də (dövlətin cinayətkar rəhbərliyi üçün yox) ən optimal həll yoludur bu yol. Sadəcə bunu anlamaq lazımdır ki, burda uduzan və kapitulyasiyaya məcbur edilən (uduzaraq qarşı tərəfin şərtlərini qeyd-şərtsiz qəbul edən) yalnız Ermənistanın cinayətkar və xunta rejimidir.

Detallarına gəldikdə isə, nəzərə almaq lazımıdır ki, bu 32 illik münaqişənin və onun əsasında illərlə gedən ağır döyüşlər nəticəsində on minlərlə insanın həyatı bahasına başa gələn bir prosesin sonunu müəyyənləşdirən bir sənəddir. Ona görə də bu sadəcə imzalanma mərasimində istifadə edilən iki vərəqdən ibarət deyil, onun detallarını izah edəcək çoxsaylı sənədlər olacaq, ekspert və mütəxəssislərin geniş izahatları olacaq.

Xalqımızın hər bir nümayəndəsinə isə şəhidlərimizin ruhuna rəhmət diləməyi, yaralılarımıza tezliklə sağalmağı arzulamağı, bu abu-havanı nəzərə almaqla və pandemiya şərtlərinə əməl etməklə QƏLƏBƏnin dadını çıxartmağı tövsiyə edirəm!

Uca Tanrı Azərbaycanı qorusun!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş