Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnformasiya əldə etmək haqqında qanun və büdcə məlumatları



Newscenter.az.10.11.2020. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirən “İnformasiya əldə etmək haqqında” qanundur. Həmçinin bu qanin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

Bu qanuna görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır və hər kəs özü birbaşa informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya özü-özlüyündə isə “yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar” deməkdir.

Təqdim olunan məlumatlar aşağıdakı prinsiplərə uyğun olmalıdır:

– informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
– informasiyanın əldə olunmasının qanuniliyi;
– dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
– informasiyanın maksimum açıqlığı;
– informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
– informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
– informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;


Qanunun IV fəslində informasiya sahib binin informasiya açıqlamaq vəzifəsi adlı maddə mövcuddur. Bu maddədə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək və eyni zamanda çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı açıqlanmalı olan informasiyalar qeyd olunub. Biz bu bəndlər arasında məhz iqtisadi və maliyyə sahəsində çalışan qurumlara aid olan məlumatların siyahısını təqdim edirik:

 ümumiləşdirilmiş statistik məlumatlar;
 büdcə proqnozları;
 dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr;
 dövlət orqanlarının fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;
 dövlət orqanlarının ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;
 dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar;
 ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları;
 dövlət satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;
 normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;
 normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən;
 ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;
 dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar;
 ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar;
 dövlət orqanlarının əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən;
 dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək;
 dövlət orqanlarının vakansiyaları haqqında məlumatlar;
 dövlət orqanlarının mal və xidmətlərinə dair məlumatlar;
 dövlət orqanları tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;
 kütləvi tədbirlərin proqramları;
 dövlət orqanlarının göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;
 dövlət orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;
 dövlət müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;
 ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar;
 əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar - şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;
 tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;
 əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar - bu dəyişikliklər edilənədək;
 qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar;
 informasiya sahiblərinin reyestri;
 ictimai rəy sorğusunun nəticələri;
 informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;
 dövlət sirri təşkil edən məlumatların siyahısı;
 açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

Bu məlumatlar müxtəlif üsullari ilə açıqlana bilər. Amma ən azı ya KİV-lər, ya da rəsmi nəşrlərdə dərc edilməlidir. Hər bir halda bu məlumatlar ilə sıravi vətəndaşın tanış olmaq imkanı olmalıdır.
Eyni zamanda qanun deyir ki, bəzi məlumatlar xidməti vəzifə daşıya bilər və onların vaxtında əvvəl açıqlanması düzgün deyil. Misal üçün, qanunun 35.2.6-ci bəndində qeyd olunub ki, “dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək” məlumat xidməti ola bilər. Ona görə bu cəhətdən qanun dövlət qurumuna müəyyən vaxt imkanı da verir. Amma başqa tərəfdən bəzi məlumatlar xidməti hesab edilə bilməz. İqtisadi sahədə bu tipli məlumatlara aşağıdakılar adi edilməlidir:

 ictimai rəy sorğusunun nəticələri;
 ümumiləşdirilmiş statistik məlumatlar;
 iqtisadi və sosial yönümlü proqnozlar;
 ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;
 informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;
 dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;
 dövlət orqanlarındakı və bələdiyyələrdəki vakansiyalar haqqında;
 büdcə vəsaitlərindən istifadə və ölkənin iqtisadi durumu haqqında;
 dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;
 dövlətin qiymətli metal və valyuta ehtiyatları barədə;
 normativ hüquqi aktlar;
 Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları;
 qrantlar haqqında;
 informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;
 dövlət nəzarətinin həyata keçirilməsi və ya intizam qaydasında qəbul edilmiş əmr, sərəncam və qərarlar;
 istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;
 məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə;
 ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;
 reyestrdə qeydə alınmayan daxili sənədlər - təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar.

Başqa sözlə bu məlumatlar ictimaiyyətə çatdırılmalıdır.

Məqalə "Güzəran" sosial araşdırmalar ictimai birliyinin Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının aparılmasına sair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.
Xəbəri paylaş