Newscenter.az.12.11.2020. Covid-19 virusunun bütün dünyada geniş yayılması və buna cavab olaraq bütün ölkələrdə sərt karantin rejiminin tətbiqi sahibkarlığın inkişafında xeyli problemlər yaradıb. Karantin qaydalarının tətbiqi ilk növbədə şirkət və sahibkarlara, fermerlərə öz məhsullarının satışında və alıcılara çatdırılmasında çətinliklər yaradır.
Kiçik, orta və iri sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsulların istər yerli, istər xarici bazarlarda tanıdılması və satışının təşkil edilməsi üçün yeni layihələrin həyata keçirilməsi başlanıb.
Newscenter.az-a “Elektron Ticarət və İnternet Biznes Mərkəzi” –nin direktoru Aqil Babayev deyib ki, bu məqsədlə, Biz, Azərbaycanda sahibkarlığın və iqtisadi inkişafın, o cümlədən elektron sahibkarlığın və elektron kənd təsərrüfatının inkişafının dəstəklənməsi, beynəlxalq ticarətin gücləndirilməsi, ixrac imkanlarının artırılması üçün sənayə və kənd təsərrüfatına aid iki Elektron Ticarət B2B platforması yaratmışıq. Bunlar sənayə məhsullarının, avadanlıq və texnikanın topdan satışı üçün yaradılmış – www.b2bask.az, kənd təsərrüfatı və qida məhsullarının topdan satışı üçün yaradılmış www.b2bagro.az – ilk milli və beynəlxalq Elektron Ticarət Platformalarıdı.
Platformaların fəaliyyəti ilkin mərhələdə Azərbaycan və keçmiş MDB ölkələrini əhatə edəcək. Bu baxımdan hal-hazırda platformalar azərbaycan və rus dilində yaradılıb. Yaxın gələcəkdə hər iki platformanın ingilis və türk dilində versiyaları hazırlanacaq. Buda sahibkar və şirkətlərin bir çox ölkədə satış və ixrac imkanlarını genişləndirəcək.
Hər iki platforma yerli və xarici sahibkar və şirkətlərə yeni imkanlar yaradacaq və xidmətlər təklif edəcək. Noyabr ayından başlayaraq sahibkarlar və şirkətlər öz məhsullarını Platformada yerləşdirə biləcəklər. Sahibkar və şirkətlər 10-20 adda məhsulu tam pulsuz yerləşdirmək imkanı əldə edəcəklər. Onlar təklif olunan 4 əməkdaşlıq paketdən birini seçib, Platformaların bütün imkanlarından bəhrələnəcəklər.
Həmçinin, bu layihələrin uğurlu icrası və genişlənməsi üçün İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq agentlikləri və xidmətləri, KOB və Innovasiyalar Agentlikləri, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər işgüzar birliklər, Azexport.az portalı və mövcud assosiasiyalarla yaxından əməkdaşlığın edilməsi planlaşdırılır.