Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Heritage Fondu”: Ermənistan döyüş meydanında qətiyyətlə məğlub olub



Newscenter.az.12.11.2020. “Qarabağ müharibəsində ən böyük məğlub Ermənistandır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ-ın “Heritage Fondu”nun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey “Twitter” hesabında yazıb.

O, Ermənistanın döyüş meydanında qətiyyətlə məğlub olduğunu bildirib.

Ekspert torpaqlarını azad edən Azərbaycanın ən böyük qalib olduğunu qeyd edib.

L.Coffey Rusiya və Türkiyənin qalib gəldiyini, İranın isə məğlub olduğunu hesab edir: “Rusiya bölgədə hərbi iştirakını artırıb. Türkiyə regiondakı geosiyasi balansı dəyişib. İran isə indi bölgədə yeni geosiyasi reallıqla qarşılaşmalı olacaq”.
Xəbəri paylaş