Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
Tarix: 12-11-2020, 16:00
Newscenter.az.12.11.2020. “Sovet ittifaqı dövründən qalan Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana dəhliz yolu var. Ancaq həmin yolun Ermənistan ərazisindən keçdiyinə görə sıradan çıxarılması ehtimalı var”.
“Report” xəbər verir ki, bunu TRT-nin Naxçıvan Muxtar Respublikasına ezam olunmuş müxbiri Ceyda Muslu söyləyib.
“Yolun bərpası ilə bağlı təmir işlərinin dekabrın 1-dən sonra başlayacağı gözlənilir”, - jurnalist qeyd edib.