Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
Tarix: 12-11-2020, 19:45
Newscenter.az.12.11.2020. Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən, əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.