Newscenter.az.13.11.2020. Bu razılaşmanı bu qədər ictimai çək-çevirə, dilə-dişə salmaq cəhdləri olfuqca ziyanlı və qərəzlidir. Bunu zərərli hesab edib məyusluq hissinə yuvarlanmaq da çox səhv, yanlışdır. O qədər yanlış ki, yaxın vaxtlarda zaman bunun ən optimal mümkün variant olduğunu sübut edəndə, işin dərin təhlilinə varmadan küyə düşüb də havayı məyusluq çəkənlər daha bir dəfə məyus olacaqlar ki, o nə idi, õzümə əl qatmışdım?! Olmaz, belə boş havayı ajiataj.
Erməni orada uduzub da təslimçilik faciəsi yaşayır, hõkumət, parlament binalarını dağıdır, Rusiyanın bayrağını yandırır, hərbi bazasına hücum çəkir, qovur õlkədən. Bizim bəzilərimiz də burada ağlaşma yas qurmuşuq. Niyə, nolub? Bir-iki siyasi ya xarici agentura qərəzlinin, bu razılaşmnı bir-iki qərəzli yozumuna uyaraq!
Bu bõyük siyasətdir, iki õlkədən daha xeyli çox, regionun taleyini həll edən bir siyasət. Belə bir ciddi məsələyə baş vurursansa bu işi dərindən analiz etməlisən, soyuq başla. Bilməlisən ki, Ìlham Əliyev sıxdan da sıx bir müttəfiq qardaşı Ərdoğandan məsləhətsiz və razılaşdırmadan addım belə atmaz indiki mürəkkəb zaman və şəraitdə, Moskva və ya Ìrəvanla. Bilməliyik ki, bu razılaşmanın ilk proyekti Putin və Ərdoğan arasında qurulub, õlçülü-biçilib. Müqavilədə Türkiyə adı yoxdursa, demək ki bu, monitorinq Mərkəzi adı arxasında gizlin saxlanıb, erməni və onun Paşinyan liderini, çəkindirmədən qol çəkdirmək üçün. Odur, Türkiyə Rusiya ilə birgə bu işin içindədir və türklər də gəlir Qarabağa.
Və yaxud da, razılaşmada Dağlıq Qarabağın statusu yoxdur, nə olacaq, necə olacaq deyə havayı narahatçılıqkar. Nə ola bilər ki, bütün dünya Avropa Birliyi, BMT, beynəlxalq hüqüq, hamı Azərbaycanın ərazi bütõvlüyünü Dağlıq Qarabağla birlikdə tanıyırsa? Rusiya õzündən "Artsaxa" status icad edib verəsi deyil ki, əgər BMT TŞ-nın DQ barədə həmin 4 qətnaməsinə TŞ-in üzvü kimi õzü də səs veribsə. Odur, artıq Putinin sõzçüsü Peskov da dedi ki, DQ statusu tam, BMT qətnamələrinə uyğun həll olunacaq. Azərbaycanın suverenliyinə, ərazi bütõvlüyünə hõrmətlə. Vəssalam. Gõtürək, eləcə də həmin razılaşmanın idtənilən digər bəndlərini. Hamısı bizim xeyrimizədir, dərin və geniş düşünsək.
Ən əsası da, zəhmət çəkib düşünmək lazımdır ki, bu qədər siyasi, dõvlət təcrübəsi, diplomatik bilgisi olan, bu müharibəyə hazırlaşmaqda illər uzunu bu qədər enerji, əmək, heyssiyyat sərf edən prezident, idarə etdiyi bu dõvlətin vətənin təəssübūnü kimdən az çəkər? Ki, belə bir vacib məsul anda, danışıqlarda ən mümkün optimal xeyirli uduşlu variant seçməsin õz õlkəsi üçün? Seçibsə və buna gedibsə, demək ki, bizim bilib bilmədiyimiz ən mümkün xeyirli addımı atıb.
Qəti olaraq, əminliklə deyirəm. Biz çox tarixi bir uğurun içindəyik. Gõrə bilmirik, hələ ki! Bu işin, bu razılaşmanın sonu: dağlı və dağsız Qarabağ da bizimdir, üstəlik Azərbaycan-Naxcıvan yolu, birbaşa Türkiyəyə quru yol da açılır bizim üçün.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri