Newscenter.az.13.11.2020. Əziz həmvətənlər. Mənim fb səhifəm 1 həftə yəni noyabrın 5-dən ermənilərin, ya içimizdəki ermənipərəstlərin iftira şikayətləri ilə əsassız olaraq blok edilmişdi. Məhz bu məsələyə gõrə xüsusi araşdırma aparırıq və ədalətsiz qərara gõrə "Facebook"-un özünü də şikayət etmişik..
Son yazı-paylaşmam 5 noyabrda, Şuşa-Laçın yolunun ordumuz tərəfindən gõtürülməsi və bu uğurun bu müharibədə yeni həlledici mərhələ açması, düşmən qoşunu üçün isə, onun 25-30 minə yaxın kontingentinin mühasirəyə və əsir düşmə məğlubiyyəti ehtimalları barəsində idi.
Bundan sonra səhifəm bağlanan dõvr ordumuz mõhtəşəm həmləsi ilə müqəddəs Şuşamızı aldı və sonrakı günlər bütün cəbhə boyu, Xocavənd və Ağdam istiqamətində qəti qələbə addımları atdı. Hücumun dayandırılması müharibənin də yekunu barədəki, Moskva-Bakı-Ìrəvan arasında məlum razılaşma imzalandı. Məsələnin sonrakı həlli siyasi müstəviyə keçdi. Razılaşma barədə.
Bu sazişin bəzi natamam nyuansları və həm də suallar doğuran, aydınlaşdırılmalı tərəfləri, mən hesab edirəm ki, çoxdur. Hətta, bu razılaşmaya imza atan rəhbər tərəflərin õzləri razılaşdırmalı məqamlar da vardır. Bu səbəbdən, bizim də bu razılaşmanın hüquqi, siyasi, geosiyasi tərəfləri barədə təhlillərimiz, şərh və izahlarımız olacaq, sabahdan etibarən xalq və cəmiyyətimiz üçūn.
Ancaq, bir şeyi ümumən və bəri başdan deyim, səmimi ürəkdən və haqq-ədalət obyektivliyi ilə.
Əvvəla, bu sazişin nə qədər sual doğuran, xeyli aydınsız hüquqi və hərbi-siyasi və sair tərəfləri olsa da, buna tam əmin olun: qısa zaman aydın edəcək ki, bu razılaşma bizim üstünlüyümüzün, haqqımızın və qələbəmizin siyasi yekunudur və düşmən tərəfin isə, faciəvi məğlubiyyət aktıdır.
Yadınıza gəlirmi, müharibə başlanan ilk uğurlu günlərdən sonra, oktyabrın 9-10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arası atəşkəs razılaşması oldu. Və bu, cəmiyyətdə necə məyusluq, qan-qaraçılıq, hirs hikkə yaratdı. Və ilk izah edən mən oldum ki, səbrli olun, bu razılaşma bizim qələbə addımı və ruhumuzu dayandıra bilməz və əksinə, bu, bizim sonrakı irəliləyişimiz üçün siyasi şərait yaradacaq. Elə də oldu. Sonradan da 3 bu cür razılaşma oldu və hucumlar qələbələrimiz də davam etdi. Və bütün məyus olanlar təzədən sevinməyə başladı. Hətta məyusluğu qəsdən yayan qərəzli siyasi-ictimai tərəf və mənbələr Şuşa alınanda hamıdan tez bəyanat yayıb da Ìlham Əliyevin yanında olduqlarını bildirdilər, çətin an dõvlət yanında olanlar oldular yalan.
Ìndi də bu son razılaşma. Yenə həmin qoçaq tərəf və mənbələr ortaya düşərək, məyusluq kõrükləyirlər cəmiyyət üçün. Bu boyda erməni tərəfini faciə ruhuna gətirən qələbə sevincini insanın, cəmiyyətin içinə çõkdirmək istəyirlər. Və sabah, son nəticədə bu dõvlət uğurlardan mõhkəmlənib irəli gedib, bu xalq qürurundan daşanda yenə bəyanatlar verib Ìlham Əliyevin yanında olduqlarını bildirəcəklər, bu mərsiyyə ustaları, sanki heç nə olmamış kimi. Arada isə hõrmətli oxucularımız, cəmiyyətimiz, hər şey düzəlir, sizin əsəbləriniz, canınız gedir. Müasir siyasət dərin, qarışıq və mürəkkəbdir. Bu arada təxribatlara, küyə uyub, tələsik yanlış nəticələr çıxarıb, õzümüzü "şarlatanlara" aldatdırmayaq. Koronavirusda da beləcə: "Ìnanma!" deyirdilər..
Ìkincisi, bunu bilək. Bütün bu Qarabağ savaşı, siyasi, diplomatik proseslərinin õnündə dõvlət başçımız Ìlham Əliyev, arxa dayağında doğma milli bõyük qardaşımız Tayib Ərdoğan dayanır. Və bu saat bütün dünyanın diqqətində olan bu azadlıq, haqq savaşının məsuliyyət yükü, uğur və uğursuzluq yükü onların çiynindədir. Bilək ki, bu məsul insanlar əllərindən gələn və bəlkə də ondan da artıq mümkününü edirlər ki, Qarabağ kimi, 30 il paslanmış düyünü, bütün beynəlxalq təziqlərə, maneələrə baxmayaraq, Azərbaycan xalqı və dõvləti üçün maksimum uduşla-uğurla açsınlar. Açacaqlar enində-sonunda, inşaallah! Xalqımızın, türk dünyasının birlik və dəstəyi ilə!
Optimist, inamlı, ümidli, arxayın olaq! Ìstənilən halda tarixi uduşdayıq və bu günkü uduş bütün gələcək hərtərəfli uduşumuzun, irəliləyişimizin, qələbələrimizin, inkişafımızın təməlidir! Nədən bu qənaət? Səbəbini sonrakı yazılarımda təhlilli əsaslandıracam. Biz mərd, dõzümlü, mõhkəm, həyatın acı-şirinini gõrə-gõrə gələn, qələbəsinə doğru tank kimi aram-aram, qarşıdakı maneəni əzib keçən və hər maneəni keçdikcə, tanrısına şükr etməklə daha da irəliyə son zirvəyə gedən xalqıq. Necə ki, 30 il səbr edib 30 gündə keçdik.
Şəhidlərimizin ruhu qarşıdında baş əyirik, qazi oğullarımıza sağlıq diləyirik, igid əsgər-zabitlər və komandanlığımıza sağol deyirik, bu savaşla!
Qaldı ki, bu razılaşma, onun bəndləri, hüquqi və inzibati, siyasi, ictimai, mənəvi və s. tərəfləti ilə, detalları ilə bağlı kimin nə sualı varsa, buyurub verə bilər, hamısını əsaslı, obyektiv cavablayım.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri