Newscenter.az.14.11.2020. Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.
"Report" REN TV-yə istinadən xəbər verir ki, 40 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.
Xaritonovun sağ gözü xəsarət alıb və burnu qırılıb. Döyüşçü noyabrın 15-də əməliyyat olunacaq. Ona beyin silkələnməsi diaqnozu da qoyulub.
Polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.