Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda axund koronavirusdan vəfat edib



Newscenter.az.9.12.2020. Cəlilabad rayonunda axund koronavirus infeksiyasından vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Alar kənd məscidinin axundu Hacı Fikrət Əzimov koronavirusdan dünyasını dəyişib.

Uzun illər axund kimi fəaliyyət göstərən 55 yaşlı din xadimi insanlar arasında dini maarifləndirmə sahəsində xidmət göstərib.

Qeyd edək ki, Cəlilabad rayonu koronavirusun geniş yayıldığı rayonlardan biridir. Buna görə də rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq edilib və rayona giriş-çıxış dayandırılıb.
Xəbəri paylaş