Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələdə 63 yaşlı kişi intihar etdi



Newscenter.az.3.03.2021. Qəbələ rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Məlikli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Hümbət Adil oğlu Həsənov özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Məlumata görə, H.Həsənov ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş