Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

408 qaziyə əlillik dərəcələri təyin olunub



Newscenter.az.5.05.2021. "Əyani müayinələr şəraitində Vətən müharibəsində xəsarət alan qazilərdən artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub və proses davam edir".

Newscenter.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

Agentlik sədri xatırladıb ki, həmin qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir: "Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq qurumumuz tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".
Xəbəri paylaş