Newscenter.az.4.01.2022. Arpa dənli bitkilərdən biridir. Arpa, balqabaq və xurma peyğəmbərlər yeməyi sayılmış, və bu üç nemətin hər birinin çox zəngin bir tərkibi var. Bizlər hal hazırki zamanda buğdanı arpadan dəfələrlə çox istifadə edirik. Nəzərə alsaq ki günümüzdə buğdaların geni çox dəyişilibdir və calaq olunubdur. Keçmişdə insanların istifadə etdikləri bərk növ buğda indi dəyirmanlarda daha rahat üyüdülə bilsin deyə yumuşaq buğdaya çevrilib. Elə deyərdim ki, buğdanın başına biz insanlar çox oyunlar açmışıq. Ama arpa haqqında bunları demək olmaz. Çünki arpada o qədər dəyişiklik olmayıb və arpanın tərkibi olduğu kimi qalıb. Və nəzərə alsaq ki arpanın tərkibi buğdanın tərkibindən də zəngindir. Ona görə də arpayla müalicəyə üstünlük verməliyik.
Arpanın tərkibi o qədər zəngindir ki, demək olar mikro elementlərin hamısı var(mis, sink, fosfor və.s) . Və bu insan orqanizmində , insan skeletini və insan toxumalarını təşkil edən mikro elementlərin əsas hissəsini təşkil edir. Biz insan oğlunun arpanın tərkibindəki mikroelementlərə çox ehtiyacımız var. Arpda çox tapılan məhsuldur həmdə ucuz qiyməti var.
3 xörək qaşığı arpa götürürük bunu bir gün 3 stəkan suda saxlayırıq 1 gündən sonra süzürük və buna 1xörək qaşığı bal və 5 xörək qaşığı təzə sıxılmış limon şirəsi əlavə edirik, qarışımı gün ərzində içirik.
Bu suyu içmənin faydaları nədir?
Arpa qarışıq bütün toxumaların hamısı cücərmə mərhələsinə keçəndə tərkibi daha zənginləşir və daha aktivləşir və eyni zamanda fermentləşir. Bu fermentlər o deməkdir ki bu tərkibdə olan mikroorqanizmlər mikroelementlər insan vücuduna daha tez və sürətli keçir. İnsan vücudunu daha sürətli oyadır və, bir növ deyərdim ki toxumalarımıza daha rahat gəlib çatır. Bundan başqa bəzi mikroelementlər və vitaminlərin miqdarı fermentləşmiş toxumlarda 10, 15 dəfə də çoxalır. Ona görədə biz , toxumların cücərdilmişindən bacardığımız qədər çox istifadə etməliyik. Cücərmiş bitkilərin bizim loru dildə desək əmması oduki dadı biraz xoşa gələn olmur. Mən dəfələrlə evdə arpada ,buğdada, qarğıdalı da cücərtmişəm və istifadə etmişəm, bunların suyunun istifadəsi özünün cücərmişindən daha rahatdır. Bayaq dediyim üsulda arpa cücərdilmişinin suyuna limon və bal əlavə edib qoxusunu dəyişirik və hər bir insan rahat şəkildə istifadə edə bilir. İnsana rahatlıq və gümrahlıq verir. İnsanı gümrah saxlamaq üçün gözəl vasitələrdən biridə budur.
Bütün çarəsi olmayan xəstəliklərdən əziyyət çəkən insanlar bundan istifadə etsinlər. Əsasən xərçəng xəstəlikləri sistem xəstəlikləri və s.
Deməli cücərmiş arpa suyunun tərkibində güclü antioksidantlar var. Və bu güclü antioksidantlar bədənimizdəki sərbəst radikalları tutub neytrallaşdırmaq üçün çox önəmli bir rola malikdir. Ona görə bundan istifadə etmək lazımdır. Məsəlın bizlər hansısa bir xəstəliyin başlanğıc mərhələsində ola bilərik. İmmunitetimiz zəifləyib, vəya çoxlu xəstə insanlarla təmasda olmuşuq, hansısa xəstəliyin mərhələsindəyiksə və bundan mütamadi istifadə etdiyimiz zaman biz bu xəstəlikdən tamamilə yan keçəcəyik.
Belə bir xüsusiyyət də var çünki tərkibində olan zəngin antioksidantlar bədəndəki o xəstəliyi törədən o sərbəst neytralların hamısını bədəndən ayırır. Ümumiyyətlə insan bədənində çarəsi olmayan bütün xəstəliklərin başlanğıcını sərbəst radikallar qoyur . Hansı ki o sərbəst radikallar insan beyninə tabe olmur. Bax o sərbəst radikalları insan beyninə tabe etmək üçün bizim bədənimizə zəngin antioksidantlar lazımdır. Antioksidantlar çox olan qidaları istifadə etməliyik. Antioksidantlar cücərmiş toxumlarda, meyvələrdə ,cücərmiş toxumların suyunda çox olur . Bundan başqa bədəni tam təmizləmək üçün gözəl bir üsuldur. Öd yollarında qumları təmizləyir, böyrək yollarında və böyrəyi daşlardan təmizləyir. Bağırsaq mikroflorası üçün çox gözəl üsuldur, bağırsaq mikroflorasında bizə faydalı olan mikrofloranı zənginləşdirir . Allergiya xəstəliklərindən əziyyət çəkən insanların hamısı üçün faydalıdır. Allergiya xəstələri bunu 15 , 20 gün sınasınlar artıq faydasını yavaş yavaş görəcəklər. Vəya Asma xəstəliyi ,qaşınmalardan əziyyət çəkən insanlar, həddindən artıq ekzema , Dəmirov tökən insanlar, çoxlu yara , çiban çıxardan insanlar. Məsələn ekzemadan əziyyət çəkən insan binti bu suya batırıb həmən yerə qoyur salafanla bağlayır və 2,3 saat saxlayır. Ekzemaların müalicəsində çox faydaları var . Bir müddət bu qarışımdan istifadə edən insanın gözünüdə işıqlandırır.
Antioksidantl özəlliyinə görə biz insanlar bunu qaçırmamalıyıq ən azından 2,3 ay bunu istifadə etməliyik. İstifadəsində əks göstəriş yoxdur. Sadəcə olaraq ödündə çoxlu daşlar olan insanlar bundan istifadə etməsin çünki öd qovucudur ona görə çoxlu daş olan zaman sürətli şəkildə kanala sala bilər. Və birdə hamilə xanımlar bundan az istifadə etsinlər. Eyni zamanda bu qarışıma bal və limon əlavə etmədən şəkər xəstələri də istifadə edə bilər və şəkər xəstələri üçün də çox faydalıdır.
Fizuli Hüseynov-həkim, tibbi ekspert