Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada daha böyük böhranın əsası qoyulub

Dünyada daha böyük böhranın əsası qoyulub


Newscenter.az.4.01.2022. Dünyada qəribə iqtisadi durum yaranıb, daha böyük böhranın əsası qoyulub – Pandemiya zamanı dünya ölkələri, əsas da ABŞ, toplamda bazara 17 trilyon dollar pul səpdilər ki, iqtisadi durğunluğun qarşısını alsınlar. Bu vəsait dünyanın 1 illik ÜDM-nin 22%-nə yaxın idi, çox böyük məbləğdir. Həmin vəsaitin böyük bir hissəsi, çox təəssüf ki, iqtisadiyyatın real seqmentinə getmədi, birja spekulyasiyalarına, mənasız aktivlərin qiymətinin artmasına və güclü inflyasiyaya səbəb oldu. Son 1 ildə dünya ölkələri inflyasiya ilə boğuşur, ABŞ və AB ölkələrində son 30 ilin ən yüksək inflyasiya rəqəmlərini görürük – likvidlik bolluğu, “helikopter pullar” qiymət artımına güclü təkan verdi.

Təsəvvür edin ki, 2019-cu il sentyabr ayında “Apple” şirkətinin kapitalizasiyası tarixdə ilk dəfə 1 trilyol dollar oldu – bu rəqəmə “Apple” şirkəti 43 ilə çatdı, 1976-ci ildə əsası qoyulan şirkətin dəyəri 2019-cu ilin sentyabr ayında 1 trilyon dollar oldu. Likvidlik bolluğu 2020-ci ilin ilk rübündən başladı və bu gün “Apple” şirkətinin bazar dəyəri 3 trilyon dolları keçdi – bunu normal iqtisadi qanunlarla izah etmək olmaz, bu sırf likvidliyin sterilizasiyası kimi anlaşılmalıdır. Kriptovalyutalar kimi spekulyativ aktivlərin də son 2 ildə kəskin bahalaşması məhz likvidlik bolluğu və strelizasiya ilə əlaqədar oldu.
İqtisad elmi deyir ki, daim göydən pul səpmək, likvidliyi daim artırmaq olmaz, FED son toplantısında elan etdi ki, likvidlik proqramını azaldır, hətta 2022-ci ildə 3 toplantıda uçot dərəcəsini artıracaq – tərcüməsi budur ki, ABŞ likvidliyi azaldır, pulları bazardan geri yığır, bununla da inflyasiyanı cilovlamaq istəyir. ABŞ bu addımı atan kimi AB Mərkəzi bankı, Yaponiya və Çin Mərkəzi Bankları da eyni addımı atacaq. Bu nə deməkdir? Bəli, dünyada likvidlik azalacaq, aktivlərin dəyərləri kəskin enməyə başlayacaq, növbəti iqtisadi böhran qapını döyəcək. Bunun da mənası odur ki, Dünyada çoxsaylı müflisləşmə, aktivlərin ucuzlaşması nəticəsində böhranın dərinləşməsi baş verəcək. Uzun sözün qısası, Dünya yeni iqtisadi böhrana “hamilədir”, təəssüf ki, bu böyük müharibələr riskini də artırır.

O ki, qaldı Azərbaycana, bizdəki qiymət artımlarının səbəblərindən yalnız biri Dünyada qiymət artımı ilə bağlıdır, qalan səbəblərin hamısı daxili sistemdən, zay idarəetmədən qaynaqlanır...

Natiq Cəfərli-REAL Partiyasının sədr müavini, iqtisadçı ekspert
Xəbəri paylaş