Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya yenidən qlobal güclərin mübarizə mərkəzinə çevrilir



Newscenter.az.9.01.2022. Qazaxıstanda əyalət səviyyəsində başlanan etirazların bütün ölkəni əhatə etməsi artıq bu hadisələrin geosiyasi miqyasının daha geniş olmasından xəbər verir. Çünki etirazçıların istəklərinin yerinə yetirilməsinə baxmayaraq etirazlar davam etmiş və ölkə rəhbərliyinin istefası tələb olunur. Buna bənzər etirazlar artıq bir neçə post-sovet ölkələrində baş vermişdir. Ötən illərdə Rusiya və Belarusiyada biz buna bənzər hadisələrin şahidi olduq.

Məsələ burasındadır ki, ABŞ avrasiya və mərkəzi asiya arialında Rusiyanın təsirinin neytrallaşdırılması üçün səylərini artırıb və bunu gizlətmir. Tramp administrasiyası Rusiyaya qarşı daha loyal yanaşırdı. Bayden isə hesab edir ki, Rusiya post-sovet məkanında öz nüfuzunu bərpa etmək istəyir. Bu baxımdan bu ölkələrin daxilində xalq hərəkatına dəstək verilir. Qazaxıstan bu baxımdan önəmli ölkədir, həm KTMT, həm Avrasiya İttifaqının aparıcı dövlətidir, xüsusən Rusiya və Çinlə geniş sərhədə və geniş ərazilərə malikdir. ABŞ Əfqanıstandan çıxandan sonra bu bölgədə mövqelərini müəyyən qədər itirmiş oldu. Bundan istifadə edən Rusiya həm Çinlə yaxınlaşmaq, həm də post-sovet ölkələrinin, xüsusən buraya mərkəzi Asiya ölkələri daxildir, yeni siyasi-iqtisadi ittifaqını formalaşdırmağa çalışır. Əgər bunlar baş tutarsa ABŞ-ın bölgədə mövqeləri ciddi şəkildə zəifləyəcək. Bu isə Çinlə ciddi iqtisadi rəqabətdə olan ABŞ üçün böyük itki deməkdir, ona görə indi ABŞ mərkəzi Asiyada qüvvələr balansını dəyişməyə və bu boşluğu əvəzləməyə çalışır. Bu isə Qazaxıstanda ciddi strateji maraqları olan Rusiya üçün yolverilməzdir, məhz bu məqsədlə vəziyyəti nəzarətə götürmək üçün Qazaxıstana KTMT sülhməramlılarını göndərdi. Rusiya bu gün öz ətrafında yaranan qeyri-sabit vəziyyətdən narahatdır, çünki bu Rusiya Federasiyasının öz sabitliyinə və təhlükəsizliyinə təhdiddir.

Əgər Rusiya Qazaxıstanda vəziyyəti nəzarət altına ala bilsə, böyük ehtimal artıq avrasiya və keçmiç post-sovet məkanının daha dayanıqlı təhlükəsizlik sistemi ilə bağlı yeni təşəbbbüslərlə çıxış edəcək. Əsas sual isə Qazaxıstanın böyük güclərin mübarizə mərkəzi və növbəti pladzdarmına çevrilə bilmə ehtimalıdır? Əlbəttə ki, bunu zaman göstərəcək, hələlik isə ən vacib məsələ bu ölkədə sabitliyi bərpa etməkdir.

Vüqar Əhmədov-"Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri
Xəbəri paylaş