Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşağın anadan olmasından sonra 3 il müddətində ödənişli sosial məzuniyyətdən ata da istifadə edə bilər



Newscenter.az.27.01.2022. Əmək Məcəlləsində atanın və ya ailənin digər üzvünün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə hüququ var. Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər. Bu o halda zəruri olur ki, ana daha çox əmək haqqı alır (məsələn uşağın atasına nisbətdə). O ailənin əsas qazanc gətirəni olduğu üçün hamiləliyə və doğuşa görə məzuniyyət hüququ (xalq arasında dekret deyilir) başa çatdıqdan sonra ya özü, ya ata, ya da ailənin digər üzvü qismən ödənişli məzuniyyətdən istifadə edə bilir. Qismən ödənilən vəsaait Dövlət Sosial Müdafiə Fondunun vəsiti hesabına verilir.

Digər halda doğuş nəticəsində ana vəfat etdikdə, tam ödənişli (hamiləliyə və doğuşa görə) məzuniyyətin ikinci hissəsindən ata istifadə edə bilər.
İndi oxuyuram ki, ƏƏSMN Əmək Məcəlləsinin 169 maddəsinə yenidən əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb. Amma hələ veb səhifədə yerləşdirlməyib. Jurnalistlər də nazir müavini hörmətli Anar Kərimovun açıqlaması ilə bağlı münasibət soruşur. Mən də deyirəm ki, belə bir hüquq var. Nazir müavininin “Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq” fikirini heç cür şərh edə bilmirəm. Yəni nə? Hansı məzuniyyətdən, hamiləliyə və doğuşa görə nəzərdə tutulan 126 günlük (müyyən halda daha çox) məzuniyyətdən başqa hansı halda tam ödənişli sosial məzuniyyət növü var ki? ƏM 127-ci maddəsinə görə "Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər". Amma bu halda tam ödənişli məzuniyyətdən söhbət getmir.

Hər halda nazirlik yeni layihə ilə bağlı ictimaiyyəti daha geniş məlumatlandırsa yaxşı olar.

P.S.. İctimi İştirakçılıq haqqında qanunun tələbinə görə dövlət orqanı hüquqi sənədlərin layihələrini ictimai şura üzvlərinə təqdim etməlidir. Yazılı təklif və rəylər almaq üçün.

Sahib MƏMMƏDOV-Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri
Xəbəri paylaş