Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın ərazi bütövlüyü kobud şəkildə pozulur



Newscenter.az.31.01.2022. 5 dekabr 1994-cü ildə ABŞ, Rusiya və Böyük Britaniyanın iştırakı ilə Ukrayna, Qazaxıstan və Belarusda SSRİ dən qalan nüvə silahlarının mıhv edilməsi yaxud Rusiyaya qaytarılma prosesi barədə memorandum imzalandı. Bu memorondumun şərtlərinə əsasən sözügedən üç dövlət(Ukrayna, Qazaxıstan və Belarus) 1996-cı ilə qədər öhdəliklərini yerinə yetirməli, əvəzində isə digər üç dövlət(ABŞ, Rusiya və Böyük Britaniya) təhlükəsizliklərinə təminat verirlər.

1996-cı ildə Ukrayna, Qazaxıstan və Belarus üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirdi.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə 1994-cü ildə imzalanmış Buapeşt memorandumunun şərtlərini kobud şəkildə pozmuş oldu.
Əlbəttə ki, burada sual oluna bilər; memorandumun şərtlərini təkcə Rusiyamı pozdu?

Fikrimcə xeyir. Burada həm ABŞ, həm də Böyük Britaniya şərtləri pozmuş oldu. Yəni ABŞ və Böyük Britaniya üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmiş oldular. Ona görə ki, Rusiya Krımı ilhaq edərkən nə ABŞ, nə də Böyük Britaniya bu məsələnin üstünə getməti və Rusiyaya qarşı ciddi tədbirlər görmədi. Məhz buna görədir ki, bugün Ukraynanın şərqində Rusiyanın dəstək verdiyi separatçı Donetsk və Luqansk respublikaları fəaliyyət göstərir. Eyni zamanda Ukrayna ərazi bütövlüyü kobud şəkildə pozulur.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri
Xəbəri paylaş