Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda ictimai yerlərdə 5 koronavirus xəstəsi aşkarlanıb



Newscenter.az.9.02.2022. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakinləri M.Əliyev, X.Məmmədov, Y.Nəsirova, B.Niftullayev və E.Hüseynovanın karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.
Xəbəri paylaş