Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Tərtər işi" ilə bağlı 16 şəxs barəsində məhkəmə qərarları ləğv olunub



Newscenter.az.9.02.2022
. "Tərtər işi" ilə bağlı 16 şəxs barəsində məhkəmə qərarları ləğv olunub.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.
Xəbəri paylaş