Gəncədə elektrik cərəyanı 30 yaşlı kişini vuraraq öldürüb
Tarix: 11-02-2022, 21:44
Newscenter.az.11.02.2022. Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ölüm faktı qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 30 yaşlı R.Əliyevi ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.