DTX Müdafiə Nazirliyində əməliyyat keçirib, saxlanılan var
Tarix: 13-02-2022, 15:00
Newscenter.az.13.02.2022. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirib.
Reyting.az xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.
Dünən Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.
O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.(Qafqazinfo)