Neftçalada 43 yaşlı kişi özünə xəsarət yetirib
Tarix: 13-02-2022, 23:21
Newscenter.az.13.02.2022. Neftçala sakini özünə xəsarət yetirib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu bədənini kəsilmiş yaraları ilə Neftçala Rayon Mərkzi Xəstəxanasına yerləşdirilib.
F.Əliyevin kəsici alətlə özü-özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.