Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacıqabulda yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb



Newscenter.az.14.02.2022 Hacıqabul rayonunda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Hacıqabul rayon sakini Ə.Ağayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayon sakini Q.Aslanov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş