Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kirpi ovlayan Goranboy sakini saxlanılıb



Newscenter.az.14.02.2022. Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Goranboy rayon sakini Rəsul Məhərrəmov qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini 100 manata satmaq istəyən zaman saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şöbədə onunla profilaktiki söhbət aparılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Mehman
Xəbəri paylaş