Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın təxribatı davam edərsə, Moskva bəyannaməsi təsdiq edilməyə bilər



Newscenter.az.7.03.2022. 22 fevral 2022-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlahm Əliyev və Rusiya Federasiyası prezidenti Vladimir “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. 43 bənddən ibarət olan və demək olar ki, ikitərəfli əlaqələrin bütün sahələrini əhatə edən həmin bəyannamənin şərtlərinə əsasən hər iki tərəf bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi üzərlərinə öhtəlik olaraq götürmüşdürlər.

Amma son günlər Rusiya tərəfinin atdığı addımlara nəzər saldıqda onu aydın şəkildə görmək mümkündür ki, şimal qonşumuz heç də deyilən kimi sözünün üzərində dayanıb imzaladığı müqavilə, bəyannamə yaxud da digər sənədlərdə üzrinə düşən öhdəliyi yerinə yetirmək niyyətində olduğunu göstərmək istəmir. Məhz buna görədir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardımın “Dağlıq Qarabağ”dan göndərilən adlandırılması qarşı tərəfin hansı niyyət güddüyünün bariz nümunəsi kimi qəbul edilə bilər.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən belə bir açıqlama verildi; "Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.

Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur.

Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır".

Fikrimcə, bu açıqlama kifayət qədər vaxtında və lazımı şəkildə verilən açıqlamadır. Daha sonra isə Azərbaycan Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin yuxarı komandanlığını toplayaraq onlara baş verə biləcək istənilən insidentlə bağlı yerindəcə və dərhal cavab verilməsi əmrini verməsi onun göstərir ki, deməli Azərbaycan tərəfi vəziyyətə nəzarət edir. Eyni zamanda bu həm də onu göstərir ki, Azərbaycan imzaladığı isətnilən ikitərəfli, çoxtərəfli yaxud digər sənədlərin tələblərinə layiqincə əməl etsə də, bu addımı Rusiya tərəfindən görmək mümkün deyil.

Əlbəttə ki, Rusiyanın niyə və hansı məsələyə görə belə təxribatçı addımlar atması hər kəsə məlumdur. Azərbaycanın da Rus "sülhməramlıları"nın müvəqqəti yerləşdiyi ərazilərdə gərginlik yarada bilər açıqlaması onu deməyə əsas verir ki, baş verə biləcək istənilən neqativ hərəkətlərə görə Rus "sülhməramlıları" məsuliyyət daşıyacaq.

Əlbəttə ki, Azərbaycan suveren dövlətdir və xarici siyasətini özü məüyyənləşdirir. Rusiya tərəfinin bucür lazımsız və cılız hərəkətləri Azərbaycanın xarici siyasət strategiyasına hansısa ciddi təsir edə bilməz.

Hesab etmək olar ki, Rusiya tərəfi bucür təxribatçı hərəkətləri davam etdirərsə, bu 22 fevral 2022-ci il imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin təsdiqini təxirə sala bilər. Təbii ki, bəyannamənin təsdiq edilməməsi ilə Azərbaycanın itirəcəyi heçnə yoxdur.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri
Xəbəri paylaş