Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quş ətinin saxlanma müddəti və şəraiti necə olmalıdır?

Quş ətinin saxlanma müddəti və şəraiti necə olmalıdır?


Quş əti qida maddələri ilə zəngin olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir.

Newscenter.az Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına istinadən xəbər verir ki, xüsusilə də sanitar-gigiyenik tələblərə uyğun olmayan şəraitdə saxlandıqda patogen mikroorqanizmlər, o cümlədən bakteriya və viruslar intensiv inkişaf edir. Bu da insan sağlamlığı üçün təhlükəli infeksiya və toksikozların baş verməsinə səbəb olur. Qeyd edək ki, təzə kəsilmiş quş ətinin dərisinin rəngi ağ-sarımtıl, səthi quru, konsistensiyası elastiki, qoxusu növündən asılı olaraq spesifik olur.

Qurumdan bildirilib ki, təzə kəsilmiş quş əti soyuducuda 0-4° C temperaturda 72 saat, -18° C temperaturda isə 8-10 ay müddətində saxlanıla bilər.

Mehman
Xəbəri paylaş