Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlar AQTA-nın "1003 - Çağrı Mərkəzi"ndən razıdırlar

Vətəndaşlar AQTA-nın "1003 - Çağrı Mərkəzi"ndən razıdırlar


Media Təhlil Mərkəzi (MTM) dövlət və özəl qurumların çağrı mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün vətəndaşlar arasında sorğu keçirib.

Newscenter.az xəbər verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda çağrı mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

Meyarlar nəzərə alınmaqla qurumların çağrı mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib.

Sorğuda ən yüksək balı alan dövlət qurumları arasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin "1003 - Çağrı Mərkəzi" də var. Belə ki, Agentliyin qaynar xəttinin fəaliyyəti onballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Sorğunun nəticələrində qeyd olunur ki, Çağrı Mərkəzi zənglərə operativ cavab verir və zərurət olduqda isə müraciətlər nəzarətə götürülür.

Sevinc
Xəbəri paylaş