Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk Qrupu ilə bağlı məsələyə son nöqtə qoyuldu

Minsk Qrupu ilə bağlı məsələyə son nöqtə qoyuldu


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə Azərbaycanın valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı, Qarabağdakı son vəziyyət və Ermənistanla münasibətlərdən də danışdı. Prezident çıxışı zamanı həm də bir sıra mesajlar verib.

ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərar...

Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” və “gələcəyi” məsələsi oldu. Prezident haqlı olaraq qeyd etdi ki, “Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”.
Ölkə başçısının bu sözlərini Azərcbaynın ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Belə ki, 44 günlük müharibə ilə rəsmi Bakı 28 ildən artıq davam edən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini hərbi yolla yekunlaşdırdı. Hazırda Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığı kimi, bu adda bir münaqişə də yoxdur. Mövcud problemləri “Ermənistan-Azərbaycan” münaqişəsi kimi qiymətləndirmək olar. İki ölkə arasındakı mövcud problemləri heç bir halda ATƏT-in Minsk Qrupu həll edə bilməz. Çünki qrupun belə bir səlahiyyəti, mandatı yoxdur.

ATƏT-in Minsk Qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli idi. Qurum bunu edə bilmədiyi kimi, Ermənstan ilə Azərbaycan arasında baş verən müharibənin də qarşısını ala bilmədi. Rəsmi Bakı hazırda yoluna Brüssel formatı ilə davam edir. Birinci və ikinci Brüssel görüşlərində əldə edilən razılaşmalar, atılan konkret addımlar bu formatın daha konstruktiv və məhsuldar olduğunu göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini də açıqca söylədi.
Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini Brüsselin Bakı nəzdində etimadını artır. Bu həm də Azərbaycanın Ermənistanla həllini gözləyən məsələlərdə Brüsselin vasitəçiliyinə inamını artıra bilər.

Ermənistan 5 baza prinsipini qəbul etdi!

Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 baza prinsipi qəbul etdiyi məlum idi. Görüş sonrası da bu haqda məlumatlar var idi. Prezidentin müşavirədə bu məsələni bir daha qeyd etməsi isə məlumatı tam təsdiqləmiş oldu.
Prinsip etibarilə Ermənistanın bu şərtləri qəbul etməkdən başqa çarəsi də yox idi. Hər şeydən əvvəl bunu İrəvandan Brüssel də tələb edib. İndiki məqamda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü qəbul edib və ərazi iddiasından əl çəkməsi məsələsi sual yaradır. Çünki Ermənistan rəsmiləri açıqlamalarında hələ də Qarabağın “statusunun” müəyyənləşməsi məsələsini dilə gətirirlər. Nəticə etibarilə Ermənistan tərəfi verdikləri vədə əməl etməlidir. Əks təqdirdə iki ölkə arasında sülh mümkün olmayacaq.

Hər halda bunu qarşıdakı zaman göstərəcək, lakin Prezidentin bu məsələdə əmin danışması bunun baş verəcəyinə, ən azından rəsmi Bakının əlində İrəvana qarşı təzyiq rıçaqlarının olduğunu göstərir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş