Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu tarixdə Azərbaycan tarixinin ən bahalı neftini satıb

Bu tarixdə Azərbaycan tarixinin ən bahalı neftini satıb


2008-ci ildən bəri 14 illik statistikanı üstələyən bir iqtisadi il yaşayırıq. Bu illər ərzində heç bir ilin birinci rübü üzrə iqtisadi 6,8 faiz artım olmamış, yalnız 2008-ci ildə ÜDM 13,8% artmışdır. Səbəbləri incələmək üçün həm 2008, həm də 2022-ci illərdə neft qiymətlərinə baxmaq yetər.

2008-ci il Azərbaycan tarixinin ən bahalı neftini satıb (~150$). Elə 2022-də də neft büdcə göstəricilərilə müqayisədə 120-140%-dək baha satılır. Odur ki, ÜDM-in hazırkı artım tempinin 2008-lə müqayisə predmetinə çevrilməsi neft qiymətlərilə çox bağlıdır. Düzdür, qeyri-neft sektorunun artımı qənaətbəxşdir - 10,3%, amma bu artım büdcə üzrə proqnoz edilən 50$ neft qiymətləri şəraitində ÜDM-i indiki qədər artıra bilməz.

Eyni zaman da nəzərə alaq ki, sonda alınan illik göstərici başlanğıcda olan rüblük göstəricidən çox fərqlənə bilər. Biz bunu ötən il gördük. 2021-ci ilin I rübündən ÜDM artımı 0% belə deyildi, ÜDM artmaq əvəzinə -1,3 % azalmışdı. Amma ilin (2021) sonunda biz ÜDM-in 5,6 faiz artığını gördük. Bu kifayət qədər əla göstərici idi. Qeyri neft-qaz sektorunda yaradılmış əlavə dəyərin artımı da məmnunedici idi - 7,2 %.
Əgər bazarda korbohidrogen ehtiyatları bolluğu yaranmasa, bu il həm neft, həm də qeyri-neft sektorunda daha böyük artım gözləmək olar. Çünki, Azərbaycanda qeyri-neft sektorunda yaradılmış dəyərin özündə də neft amilinin ciddi rolu var. Odur ki, bu ildə neft qiymətləri ölkə iqtisadiyyatı üçün öz əhəmiyyətini saxlayacaq. Proseslər qlobal iqtisadi anlamda mənfi istiqamətdə dəyişməsə 2022-ci ilin yekununda Azərbaycanda 3,5-4,0 faiz civarında ÜDM-in artması mümkündür. Bu isə təxminən 96,4 milyard manatlıq (+,-0,4) ÜDM istehsalı deməkdir. 2023-cü ildə isə ÜDM-in məbləğini 3 rəqəmli ədədlə ifadə edilməsi mümkün görünür. Başqa sözlə, psixoloji hədd olan 100 milyardlıq dəyəri aşaraq 101-102 milyard manatlıq ÜDM haqqında danışa biləcəyik. Təbii ki, söhbət neft qiymətlərinin 75 dolların altına enməyəcəyi haldan gedir.

Eldəniz Əmirov-iqtisadçı ekspert
Xəbəri paylaş