Biz Qurani Kərimə nəzər yetirsək orada ən əsas 3 prinsipdən kənara çıxılmadığının şahidi oluruq. Bütün insanlar bu prinsipləri yerinə yetirsinlər deyə bəşər tarixində Nəbilər və Rəsullar göndərilir. Xatəmul Ənbiya olan Peyğəmbərimiz (Allahın salamı və xeyir duası ona və ailəsinə olsun!) də bu prinsipləri incə detallarına kimi səhabə və əhli-beytinə öyrətdi. Onlar da bizlərə çatdırdılar... Bu prinsiplər Tövhid, Hüquq və Əxlaq prinsipləridir. Bunların üçü bir arada olanda insan dinini kamil yaşaya bilir. Əksi halda din naqis olur və ya heç olmur. "Tövhid" olmazsa onun digər əməllərinin axirətdə burada faydası olmaz. Cəmiyyətin salamatçılığı üçün isə "hüquq" tövhidi dəstəkləyir "əxlaq" ona arxa dayaq olur... O zaman cəmiyyət normal əxlaqi keyfiyyətləri bütün fərdlərə aşılamağa başlayır. "Tövhid " və "Hüquq" olduğu zaman müsəlmanın əlindən və dilindən başqaları ziyan görmür... "Əqlaqın" sayəsində onlarıın malı və namusu qorunmuş olur. İnsanlar bir-birinə diqqətli olub haqlarını qorumuş olurlar....
Əgər "hüquq" və "əxlaq" olmasa o adamın tövhidində azda olsa naqislik vardır... Və ya bəzən bu hal onun "Tövhidinə" birbaşa zərbə vurur... Bunun üçün isə hər kəs dinini normal şəkildə öyrənməli həyatının bütün sahələrinə şamil etməlidir. Çünki din qəbirstanlıq üçün nazil edilməyib. Quran ölülər kitabı deyil.. "qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır."Biz bu Quranı diqqətlə və detallı oxusaq orada hər şey bizə açıq aydın yazılıb... " Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir."(Maidə 16).De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?”...(Ənam 114) "Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz." (İnam 115) Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.(Həcc 54)
Hacı Ceyhun Şükürov-ilahiyyatçı